Qazaxıstan parlamentində rus dilindən istifadə məhdudlaşdırılır

 

Qazaxıstanda martın 1-dən etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olundu. İclaslar yalnız qazax dilində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək.

Bu barədə İTV-nin Qazaxıstandakı xüsusi müxbiri Füzuli Məcidli sosial şəbəkədəki səhifəsində yaızb.

Həmkarımız qeyd edir ki, 2009-cu ildə aparılmış siyahıyaalma zamanı əhalinin yalnız 62 faizinin qazax dilində, 85 faizinin isə rus dilində oxuyub yaza bildiyi məlum olmuşdu. Lakin o vaxtdan bəri Qazaxıstanda etnik balans xeyli dəyişib. Hazırda qazaxlar ölkə əhalisinin təxminən 70 faizini, ruslar isə əhalinin yalnız beşdə birini təşkil edir.

Aktobe.az saytının yazdığına görə, Elbaşı adlandırılan prezident Nazarbayev mu mövzuda danışaraq deyib ki, latın qrafikasına keçid xalqımız üçün tarixi əhəmiyyət daşıyır: "Bununla yanaşı, parlament və hökumətin fəaliyyəti yalnız dövlət dilində aparılmalıdır".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300