Arsen Venger "Arsenal"dan gedir? - açıqladı
Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonu London klubundan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, paytaxt təmsilçisində qalmaq istədiyini deyib:
"Klubdakı gələcəyimin qeyri-müəyyən olması yatmağıma mane olmur. Mən müqaviləmə hörmət etmək üçün bir çox təklifi müsbət cavablandırmadım. Bütün bunlara baxmayaraq, dəfələrlə gələcəyimlə bağlı verilən suallara cavab vermək məcburiyyətində qalıram".