Orxan Saffari - "Zibil qutusu ilə həmsöhbət"

Salam necəsən?

-Salam. Zibil kimiyəm, necə olacam?

Özünü təqdim elə zəhmət olmasa.

-Gördüyün kimi mən bir zibil qutusuyam. Şəhərin mərkəzində yerləşən bu balaca məhəllədə yaşayıram. Əvvəl başqa yerdə idim, amma sonradan gətiriblər bura. Özüm haqqında danışmağı çox da xoşlamıram. Amma onu deyim ki, xoşbəxt deyiləm. Hərdən istəyirəm ki, gecələr zibil maşını gələndə " niyə yığmırlar axı, zibil yığan adamlar, bu zibil adamları" deyim, amma maşın tez ağzımdan vurub məni udur deyə, qalıram belə, deyə bilmirəm.

İşinin nədən ibarət olduğunu bilirəm. Marağlıdır, ümumiyyətlə, gün ərzində özünü necə hiss edirsən, nə fikirləşirsən? nə etmək istəyirsən?

-Yuxarıda dedim axı, zibil kimiyəm. Özümü də zibil kimi hiss edirəm hər gün. Bu gün səhər də mənə çoxlu zibillər atıblar. Elə kədərliyəm ki.... Ağzımın içi boş ola-ola zibillərdən bəzilərini üstümə atırlar, mən də uda bilmirəm deyə, ayaqlarımın altına düşür. Bəs mən dəmir deyiləm? niyə başa düşmürlər məni?

Belə başa düşdüm ki, adamlarla yola getmirsən, hə?

Mən adamları çox yaxşı tanıyıram əslində. Keçən dəfə biri gəlib məni axtardı, axtardı, heçnə tapmayıb söydü. Mən nə edim ki? Insanlar axtardıqlarını tapmayanda kobud davranır nədənsə.
Müşahidələrimə əsasən deyə bilərəm ki, siz insanlar da beləsiniz. Dəfələrlə mənim yanımda bir-birinizi bıçaqlayıb qaçmısınız. Bəziləriniz ölüb, bəziləriniz də pis günə düşüb. Bir də ətrafda yaşayan insanlar hər gün söyür məni. Öz yediklərindən xəbərləri yoxdu, amma məni üfünət iyi verməyimə görə günahlandırırlar.

Dostun var heç?

-Var idi. Amma indi yoxdu. Dünyasını dəyişib. Əvvəllər tez-tez dostum olurdu əslində. Amma bir neçə ildir ki, yalnız bir nəfərlə dostluq edirdim. Yanımda yatırdı hər gün. Adı da Kolya idi. Mən ona insanların mənə atdığı çörəkləri, boğazımdan kəsib xarab yeməkləri verirdim. Hərdən bir isti pal-paltar da olurdu hələ. O yazıq da hər gün içirdi. Deyə bilmirdim heçnə. Öz işidir, nəyimə lazımdır? Amma bir gün səhər oyandım ki, o oyanmayıb. Daha sonra da gəlib onu apardılar.

 Heç olurmu gün ərzində maraqlı hadisələrlə qarşılaşasan?

-Hə, əlbətdə. Bax elə bu yaxınlarda maraqlı bir hadisə olmuşdu. Gecənin bir aləmi kimsə qaça-qaça, əlində qara çanta ilə gəlib, düz gizləndi arxamda. Yaman qorxurdu, nəfəsini güclə alıb verirdi. 10 dəqiqə gözləyəndən sonra da çıxdı. Bir az ətrafa göz gəzdirib, başladı ağzımın içini qarışdırmağa. Mənə atılan zibillərin arasında yer edib, əlindəki qara çantanı gizlətdi. Bir də səhər açılana yaxın gəlib götürdü. Pul idi çantadakı. İlk dəfə idi bu qədər pul görürdüm. Özümü bir neçə saatlıq başqa cür hiss etdim. Lap insan kimi.....

Həyatda ən böyük istəyin nədir?

- Sən də qəribə adamsan e, nə olacaq? Zibilləri üstümə düzgün atsınlar, çörəkləri və yeməkləri israfçılıq etməsinlər. Evsiz insan olmasın ki, mənim yanımda da yatmasın. Bir də körpə, dilsiz-ağılsız uşaqları qoyub qaçmasınlar. Bax buna döz bilmirəm. Bir zibil qutusunun bundan başqa nə istəyi ola bilər ki?

Düz deyirsən. Zibil kimi dəqiqələrini mənə ayırdığın üçün çox sağ ol. Ümid edirəm insanlar istədiyin kimi olar, səni incitməzlər.

-Sən də sağ ol, xoş idi. Xaiş edirəm, ətrafdakı zibilləri, siqaret kötüklərini götür, at mənə. Bayaq sən gəlməmişdən əvvəl atmışdılar yerə.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300