ABŞ senatoru: "Növbəti savaş Cənubi Livanda olacaq”

 

"Növbəti savaş Cənubi Livanda olacaq”.

"Report” "Haaretz” qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qraham İsrailə səfəri zamanı deyib.

Senator Livan "Hizbullah”ının İsrailə raket atmasına münasibət bildirərək deyib: "Əgər bu təhdid davam edərsə, yəni hava limanını vura biləcək raketlər hazırlamaqda davam edərlərsə və İsrail dövlətinə zərər vurarlarsa, içəri girməyə (Livana girməyi nəzərədə tutur - "Report”) məcbur olacaqlar. Növbəti savaş Cənubi Livanda olacaq”.

Senator İranın dəstəklədiyi "Hizbullah"ın Livanda silah fabriki inşa etdiyini bildirib. Lindsi Qraham Tehran hakimiyyətini nəzərdə tutaraq bildirib: "Onlar beynəlxalq ictimaiyyəti və ABŞ prezidenti Donald Trampı sınaqdan keçirir”.

Senator vurğulayıb ki, İsrail hakimiyyəti ABŞ-dan İrana və onun himayə etdiyi qruplara qarşı silah və diplomatik dəstək istəyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300