Hərəkatçının mülki əlindən alınıb-Məhkəmələr arzu-istəklərə uyğun qərar çıxarır-VİDEO

 Redaksiyamıza rastlaşdığı qanun pozuntusu ilə bağlı müraciət edən Hacı Xalid Fərəcov mülki olan əmlakının qeyri-qanuni, saxta sənədlərlə əlindən alındığını, bununla bağlı məhkəmə instansiyalarında isə saxta sənədlərə istinadən qərar çıxarmalarına toxunub.
"Dəyərli, ulu millətim, mənim bu gün rastlaşdığım qanun pozuntusu yəqin ki, nə ilkdir nə də məhkəmələrdəki abu-havanı görəndən sonra qənaətim budur ki, son olmayacaq. Məhz qanunlarımızın aliliyi üçün Sizlərə müraciət edib, rastlaşdığım özbaşnalığı bölüşmək istəyirəm.
Biz bəy nəslindənik, zamanla represiya qurbanı olmuşuq. Sovet hakimiyyəti atamı həbs edəndə-bu bəy nəslindən olan şəxslərə təqiblə bağlı idi. O vaxta ailə üzvlərimizlə birlikdə Moskvaya yola düşdük. Olanları görəndə 12 yaşım var idi. Əlimi açıb Allaha yalvardım ki, "İlahi, Azərbaycanımızın müstəqilliyimi görməyi bizə nəsib et". İndi şükürlər olsun ölkəmiz müstəqil olub. Ancaq müstəqilliyimizə ləkə salan onlarla məmur var ki, buda zamanında meydanlarda qanı ilə, canı ilə müstəqilliyi əldə edənlərə qarşı Sovetin represiyasından daha kəskin yanaşmalarla təqib edirlər.
  Kooperativ Cəmiyyətin nəzdində olan Neftçala rayonu Xılllı qəsəbəsində yerləşən 34N-li mağazanı ilk işlədən mən olmuşam. Hətta təzə idi deyə bəzi avandanlığını da öz vəsaitim hesabına düzəltmişdim. Lisenziyalaşma ilə bağlı 1994-cu ildə mağaza dövlət tərəfindən bağlandı. Həmin zamanda mən sonuncu işçi olaraq arxiv sənədlərində var.
   Sonra mağazanın özəlləşdirilməsi ilə bağlı adiyyatı qurumlara müraciət etdim. Cavabsız qaldığını görüb adiyyatı olan və olmayan bütün qurumlara müraciət etdim. Təəssüf ki, nəticəsiz qaldı. Sonda Neftçala rayon Məhkəməsinə müraciət etdim. Uzun çəkişmələrdən sonra Neftçala Rayon Məhkəməsi əleyhimə qərar çıxardı. Çünki hazırda mağazamı zəbt edən Miriyev Miryaqub Mehdi oğlu rayonda vəzifəli şəxslərlə yaxındı və da məhkəmənin qərarına təsir etdi.
  Məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə müraciət etdim. Yenə get-gəllər və sonda Neftçala Məhkəməsinin qərarını qüvvədə saxladı. Məhkəmə sədri elə absurd idarə elədi ki, məhkəməni adamın ürəyi yanır bu xalqa, millətə. İndi bir hərəkatçının, qəlbi daima vətənlə döyünən, qanunları bilən şəxsin başına belə oyun açılırsa, indi təsəvvür edin ki, sıradan qanunlardan xəbərsiz vətəndaşımız nə haldadır.
  Dəfələrlə mağazanın qeyri qanuni yolla zəbt olunması ilə bağlı mətbuat vasitəsilə yayımlanıb. O qədər saxta sənədlər, absurd məhkəmə keçirilir ki, adam məətəl qalır. Dövlətin qanunlarının keşiyində dayanacaq şəxslər elə özləri o qanunları pozur. Belədə Allahsızlıq olar?!
Hazırda Şirvan Apellyasiya məhkıəməsinin qərarından Ali Məhkəməyə müraciət etmişəm və məhkəmələrdəki özbaşnalığı gözləri görmək istəyən məhkəməyə gələ bilər. Məhkəmə Martın 5-i 12:30 Ali Məhkəmədə keçiriləcək.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 14, 1193 məhəllə"

Daha ətraflı aşağıdakı videoda:

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300