Rəsulzadənin nəvəsi:
"Gəncə Dəmiryolçular Parkının doğrudan da təmirə ehtiyacı var”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəzulzadə Gəncədə babasının büstünün yerləşdiyi parkın hasarlanması xəbərinə münasibət bildirərkən deyib.

O, sözügedən parkın hazırda bərbad halda olduğunu qeyd edib: "Yəqin ki, parkı lazımi tədbirlərin görülməsi məqsədilə hasarlayıblar. İnanmıram ki, parkın ətrafının hasarlanması Məhəmməd Əmin Rəsulzadənin heykəlinə görə olsun”. 

R.Rəsulzadə bununla bağlı prezidentin sərəncamı olduğunu və Milli Məclisdə müzakirələrin aparıldığını vurğulayıb: "Bütün bunlardan sonra Elmar Vəliyev başqa məqsəd güdə bilməz”.

Xatırladaq ki, fevralın 1-də 132-ci ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin büstünün yerləşdiyi Gəncə Dəmiryolçular Parkının ətrafı hasarlanıb. Bundan bir müddət əvvəl isə parkın ətrafı açıq olsa da, büstün başına torba keçirilmişdi. Uzun müddətli ictimai qınaqdan sonra millət vəkillərinin də məsələyə qarışması ilə büstün başındakı torba çıxarılmışdı.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300