Sergey Kurginyan: "Sumqayıtda erməniləri azərbaycanlılar öldürməyib”

 

Erməni əsilli rusiyalı politoloq, siyasi xadim, "Zamanınmahiyyəti” hərəkatının lideri, 1990-cı illərin əvvəllərindəSov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun Bakıya ezam edilmiş komissiyasının üzvü Sergey Kurginyan 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribat xarakterlihadisələr barəsində danışıb.

Virtualaz.org xəbər verir ki, Kurginyanın etirafına görə, Sumqayıt hadisələrini törədənlər azərbaycanlılar deyildi:

"1980-ci illərin sonlarında Bakıya gəldim. Gəliş səbəbim rəsmi açıqlamalara və yalanlara qarşı konkret addım atmaq idi. Bakıya gələndə gördüm ki, baş verən hadisələr həm rəsmi açıqlamalardan, həm də bizim demokratik müxalifətin təqdim etdiyindən tamamilə fərqlidir.

Bütün məsuliyyətimlə deyə bilərəm ki, əvvəlcə Sumqayıt, sonra da Bakıda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil. Bunları törədənlər tamamilə başqa adamlar idi. Beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq kirayələnmiş kənar şəxslər idi. Həmim şəxslərin adlarına qədər bütün məlumatlar əlimizdədir. O zaman və indi kimə işlədiklərini çox yaxşı bilirik. Həmin şəxslər əvvəlcə erməniləri öldürərək azərbaycanlılar edibmiş kimi göstərirdilər, sonra azərbaycanlıları öldürərək ermənilər edibmiş kimi təqdim edirdilər. Daha sonra azərbaycanlılarla erməniləri bir-birinə qarşı münaqişəyə salaraq, idarə oluna bilən qarşıdurma yaradırdılar. Beləliklə, ortaq tarixə sahib iki xalqı bir-birinə vuraraq münaqişəni idarə edirdilər”.

Xatırladaq ki, fevralın 22-də Azərbaycan DİN və Baş Prokurorluğu Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı birgə bəyanatlarında bildiriblər ki, 1988-ci ildə baş verənlər Azərbaycan xalqına qarşı erməni xüsusi xidmət orqanları və SSRİ DTK tərəfindən təşkil olunmuş təxribat idi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300