"Oskar" mükafatının qalibləri məlum olub-SİYAHI

 

Los Ancelesdə keçirilən mərasimdə 90-cı "Oskar" kinomükafatının qalibləri elan olunub.

APA-nın xəbərinə görə, ən yaxşı film nominasiyasında "The Shape of Water" filmi, ən yaxşı rejissor nominasiyasında Qilermo del Toro, ən yaxşı qadın rolu nominasiyasında "Three Billboards Outside Ebbing, Missouri” filmindəki roluna görə Françes Makdormand, ən yaxşı kişi rolu nominasiyasında "Darkest Hour” filmi ilə Qari Oldman, ən yaxşı ikinci dərəcədə kişi rolu nominasiyasında Sam Rokuel (Three Billboards Outside Ebbing, Missouri filmi), ən yaxşı ikinci dərəcədə qadın rolu nominasiyasında Alison Canney (I, Tonya) qalib elan edilib.

Bundan başqa, xarici dildə ən yaxşı film nominasiyasında "A fantastic woman” filmi, ən yaxşı animasiya filmi nominasiyasında "Coco”, ən yaxşı sənədli film " İcraus”, ən yaxşı qıs animasiya filmi nominasiyasında "Dear basketball, ən yaxşı qısametrajlı film nominasiyasında "The silent child” mükafata layiq görülüb.

"Oskar"ın digər mükafatları ən yaxşı qrim işi, ən yaxşı saç düzümü, ən yaxşı texniki effektlər və s. görə təqdim edilib.

Qeyd edək ki, Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılır. İldə bir dəfə təqdim edilən mükafat 1927-ci ildə təsis edilib.

İlk mükafatın təqdim etmə mərasimi 1929-cu il mayın 16-da Los Ancelesdə "Hollivud Ruzvelt" hotelində baş tutub, 12 nominasiya üzrə qaliblər mükafatlandırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300