Jirinovski Rusiyaya türk dilində müraciət etdi - Video

 

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski №Birinci kanal”da debat zamanı öz seçicilərinə tatar dilində müraciət edib.

Axar.az xəbər verir ki, Jirinovski Rusiyadakı türkdilli xalqların onların problemlərini anlayacaq prezidentə ehtiyacı olduğunu bildirib:

"Bizim türkdilli xalqlarımız var. Onlara yəqin ki, prezidentlərinin təkcə rus dilində yox, həm də tatar, başqırd və digər dillərdə danışması maraqlı olardı”.

Bundan sonra tatar dilində müraciətini davam etdirən siyasətçi türkdilli xalqların qayğılarını hər zaman diqqət mərkəzində saxlayacağını deyib:

"Mən onlardan xahiş etdim ki, türkdilli xalqlar öz səslərini mənə versinlər. Onlara Rusiya prezidentinin onların dilində də danışması xoş olardı. Mən onlara tatar dilində də müraciət edəcəm”.

Jirinovski müraciəti zamanı həmçinin dövlət dili məsələsinə də toxunub. O, tatar dilində müraciətinə baxmayaraq, yerli dillərin məcburi şəkildə öyrənilməsinə izn verməyəcəyini deyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300