Putinin raketləri həqiqətən ABŞ-ı vura bilərmi?

 

Amerikalılar Rusiyanın raketlərini gücündən daha çox öz raket əleyhinə olan sistemlərinin zəfi qalmasından narahatdırlar

Rusiya prezidenti Vladimir Putinin keçən həftə dünyanın istənilən raket əleyhinə müdafiə sistemini dəlib keçə biləcək silaha malik olduğu barədə bəyanatının təsiri hələ ötüşməyib.

"Amerikalıların bu bəyanatdan narahat olmağa əsası varmı? Şübhəsiz əgər Putini dedikləri doğrudursa, ABŞ-ın hazırda malik olduğu raket komplekslərinin buna cavab verməyə gücü olmalıdır”, - The Washington Post-dan Adam Teylor yazır.

"Silahlanma üzərində nəzarət assosiasiyası”nın tərksilah və təhdidlərin azalması siyasəti üzrə direktoru Kinqston Rif Rusiyanın hətta köhnə sistemlərlə belə ABŞ-ın raket əleyhinə müdafiə (RƏM) sistemlərini asanlıqla ötüb keçəcəyi fikrini müdafiə edir. "Əslində qalsa Putinin ən yeni raketləri qüvvələ balansında ciddi dəyişiklik yaratmayıb”, ekspert qeyd eib.

Картинки по запросу putin rockets USA

 

Teylorin yazdığına əsasən, ABŞ-ın sadəcə Alyaska və Kaliforniyada yerləşdirdiyi 44 yaxalayıcı raketi var. Bundan başqa, qalan raketlə Avropa və Asiya ərazisində quraşdırılıb. "Onların sayının artırılması yaxın zamanlarda Rusiyanın ən yeni texnologiyalarının, çoxsaylı ədəddə raketllərinin ABŞ-ın RƏM sistemini dəf etməsinə əngəl törədə bilməz”, -yazıda göstərilir.

"Bunların Rusiyanın ABŞ-ın öz ərazisini nüvə silahı ilə təhdidinə qarşı edə biləcəyi bir şey yoxdur”, - Vaşinqtonda yerləşən strateji və beynəlxalq araşdırmalar rmərkəzinin RƏM texnologiyaları üzrə eksperti Yen Uilyams məqalə müəllfinə söyləyib. Uilyamsın dediyinə görə, Rusiyanın 1,5 min raketinə qaşrı ABŞ-ın əlində sırf müdafiə xarakterli cəmi 44 raketi var.

Картинки по запросу putin rockets USA

 

"Rusiyanın ən yeni raketlərinin köhnələrdən fərqi onların ballistik deyil, qanadlı olmasıdır. Ballistik raketlər öncə atmosferə fırladılır, daha sonra hədəfə yönəldirlir. Qanadlı raketlər isə yerə yaxın məsafədə uçurlar. Putinin sözlərinə inanılsa, Rusiyanın yeni qanadlı raketlərinin atom enerjisi ilə hərəkət etdiyini söyləmək olar. Bu isə onların hərəkət radiusunu və aşkar olunduğu vaxt qaçmağa imkan verən manevr imkanlarını genişləndirir”, - yazıda qeyd olunur.

"Lakin bu həmin raketlərdən müdafiə olunmayacağımız anlamına gəmir”, - məqalədə qeyd olunur.
Yen Uliyams təyyarələrdə, atmosferdə və kosmoda yerləşdirilən radiolokasiya sistemlərinin qanadlı raketləri aşkar etməyə imkan verdiyini deyir.
"ABŞ-ın RƏM sahəsində yeni siyasəti düşmən raketlərini buraxılana qədər məhv edilməsini nəzərdə tutur. Lakin hazırda ABŞ-ın əlində belə bir texnologiya yoxdur. Onlaırn işlənib hazırlanması isə olduqca bahalı və mürəkkəbdir”, - Uilyams yekunda bildirib.//musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300