Mövlud Çavuşoğlu: "Suriyanın ərazi bütövlüyü məsələsində Türkiyə ilə Almaniya eyni mövqedən çıxış edir”

 

"Suriyanın ərazi bütövlüyü çox əhəmiyyətlidir və bu məsələdə Türkiyə ilə Almaniya eyni mövqedən çıxış edirlər”.

 

"Report” "Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya səfəri zamanı almaniyalı həmkarı Ziqmar Qabriellə keçirdiyi birgə mətbuat konfnasında bildirib.

Nazirlərin görüşündə Suriyadakı vəziyyət, BMT Təhlükəsizlik Şurasının atəşkəslə bağlı qəbul etdiyi qərar müzakirə olunub.

Z.Qabriel PKK/YPG-PYD-nin liderlərindən biri olan Salih Müslümün Türkiyəyə təhvil verilməsi ilə bağlı suala cavab olaraq deyib ki, tələb Almaniyanın Ədliyyə Nazirliyinə təqdim olunub: "Məsələnin hüquqi tərəfi araşdırılacaq. Türkiyə bizə şifahi nota verib”.

Z.Qabriel Almaniya vətəndaşlarının Türkiyəyə səyahətindən və bu il onların sayının artacağından da danışıb: "Almaniya turistləri Türkiyə üçün darıxıb. Almaniya Xarici İşlər Nazirliyinin Türkiyəyə səyahətlə bağlı xəbərdarlığını nəzərdən keçirməsində fayda var. Vətəndaşlarımıza edilən sonuncu xəbərdarlıq isə Türkiyədəki gerçəklikləri əks etdirmir”.

M.Çavuşoğlu isə öz növbəsində bildirib ki, Türkiyə dünyanın ən gözəl ölkələrindəndir: "Əlbəttə, almanlar Türkiyədə tətil keçirməkdən məhrum edilməyəcək”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300