Türkmanlardan Əsəd rejiminə zərbə: Xeyli hərbçi öldürüldü
Suriyanın Türkmandağı bölgəsindəki müxalif qüvvələr Latakiyada yerləşən Əsəd rejiminə aid mövqelərə raket zərbələri endirib.
Axar.az xəbər verir ki, hökumət ordusuna məxsus atəş nöqtəsi TOV raketi ilə məhv edilib.
Müxalif qüvvələrə məxsus mənbələr baş verən qarşıdurmada xeyli rejim əsgərinin öldüyünü və yaralandığını bildirib.