AzTV prezidenti qətldə ittiham olundu

AzTV sədri Arif Alışanov və onun ailə üzvlərinə qarşı sui-qəsddə təqsirləndirilənlərlə bağlı prosesdə məhkəmə istintaqı başlayıb.

 

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, prokuror Fərid Nağıyev ittiham aktının nəticəvi hissəsini elan edib.

 

TəqsirləndirilənlərAqşin Hüseynovözünün qismən təqsirli bilmir, digər şəxslər isə ittiham üzrə özlərini qəti olaraq təqsirli bilməyib.

 

Təqsirləndirilən Şücaət Əkbərovi fadə verərək 2007-ci ildən Arif Alışanovla tanış olduğunu deyib: "Alışanov Şamaxıdan torpaq almaq istəyirdi. Onu kürəkəni gətirmişdi. Dəfələrlə ona torpaq tapmışam və alıb. Mənim işim makler kimi torpaq tapıb ona vermək idi. 2-3 il bu cür alqı-satqılar davam etdi. 2011-ci ildə onun kürəkəni Fəridlə nəsə problemi oldu. Mənə zəng edib dedi ki, torpaqların hamısını Fəridin adından çıxardıb, arvadı Mehriban xanımın adına keçirdim. Çünki o vaxt qızı ilə kürəkəni düşmən kimi idilər, boşanma söhbətləri vardı".

 

Təqsirləndirilən şəxs bildirib ki, 2013-cü ildə Alışanov ona yenidən torpaq almaq üçün müraciət edib: "Mənə dedi ki, heç kim bilməsin. Ona görə də heç vaxt satıcılarla görüşmürdü. Bütün işləri mən görürdüm. Onun üçün 6 hektar torpaq aldım. Ümumilikdə, Alışanovun 2011-ci ilə qədər Şamaxıda 120 hektar torpağı olub. İndi onların başqa adamların adına keçirib. Amma məndə köhnə sənədlər var, nəyin kimin olduğunu yaxşı bilirəm. Əvvəllər torpaqlar kürəkəni Fəridin, qızı Nigarın və. s ailə üzvlərinin adına olub. Sonra yoldaşı Mehribanın adına keçirilib, indi də eşitmişəm ki, Hacının adına rəsmiləşdirilib. Kimlərisə aldada bilərlər, lakin bütün proseslərdə mən iştirak etmişəm".

 

Şücaət Əkbərov ifadəsində onu da iddia edib ki, Arif Alışanov sabiq MTN naziiEldar Mahmudovunçox yaxın adamı olub.

 

O, çıxışının davamında Arif Alışanovu hətta bir qızın qətlində də ittiham edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300