Neftçala sakinlərinin ünvanlı sosial yardımın düzəldilməsində qarşılaşdıqları ÖZBAŞNALIQ

Neftçala rayon sosial müdafiə mərkəzinin ünvanlı yardım şöbəsində, çox yox yarım saat durmaq yetər ki, vəziyyətin necə də acınacaqlı olduğunu öz gözlərinlə görəsən. Yardım arzusu ilə sosial müdafiə mərkəzinə gedən vətəndaşların demək olar ki, hamısının ümidi puça çıxır.

Belə ki, 2013-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin olunan Səlim Müslümovun daim öyündüyü Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) da DSSMF-nin Neftçala Şöbəsinin "qurbanına” çevrilib. Nazirliyin yaratdığı Elektron ünvana Müraciət edən sakinlərə heç bir köməklik göstərilmir. Bahanə kimi işığın çeki düz deyil, nə bilim qazın yoxdur boş mənasız əsaslar gətirərək bildirirlər ki, sənə sosial düşmür. Amma Neftçalada Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin yetkili şəxslərinin "şərtləri”nə əməl olunarsa, belə deyək müdir Ramil müəllimə 4 ayın pulunu verdiyin halda hər şey dəyişir. Necə olursa keçməyən qəbizlər keçir, sənə düşməyən yardım düşür. Bir sözlə Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) analoqu olmayan özbaşınalıqlar hökm sürür. Sözü gedən mərkəzdə rüşvətxorluq, korrupsiya və digər qanunsuz hallar baş alıb gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayənda gəlib yoxlasa açıq görəcək ki, sosial müavinəti 70 faiz imkanlılar alır. Amma müharibədə ayağını itirmiş kimsəsiz Neftçala rayon Qoltuq sakini Əliyev Bəxtiyar sosial ala bilmir. Səbəb odur ki, bu kimsəsizin nəyinki, qaz sarğaçı heç qapısıda yoxdur. Bir sözlə Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yetkili şəxslərinin "şərtləri”nə əməl olunarsa, o zaman işiniz qısa müddət ərzində yoluna qoyulacaq və heç kim sizə problem yaratmayacaq. Düzdür, Neftçala sosial yardımlara ehtiyyacı olan insanlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələ ki, bunun heç bir faydasını görməyiblər. Yəni indiyədək məsələ ilə bağlı araşdırma aparan, camaatı narahat edən problemləri yoluna qoymağa çalışan olmayıb”.//xeberfakt.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300