Mövlud Mövlud müsabiqəsi -10-luq açıqlandı

 

Mövlud Mövlud Mükafatı hekayə müsabiqəsinin qısa siyahısı açıqlanıb.

Bu barədə Kult.az-a Təşkilat Komitəsindən məlumat verilib.

Təşkilat Komitəsinin sədri Aqşin Evrənin sözlərinə görə, münsiflərin verdiyi ballar hesablanıb və onluğa düşən hekayələr müəyyən edilib:

"Əvvəlcədən elan edildiyi kimi, müsabiqənin 4 qalibi olacaq. Onlarından üçünü münsiflər, birini isə onlayn səsvermədə oxucular seçəcək. Onlayn səsverməyə buraxılan hekayələri münsiflərin versiyi xala uyğun olaraq müəyyən etdik. Lakin 4 hekayə eyni balı topladığı üçün səsverməyə 10 yox, 13 hekayəni buraxmalı olduq. Onlayn səsvermə bu gündən başlayır. Oxucular qısa siyahıdakı hekayələrə səs verərək, öz qaliblərini seçə bilərlər.

Bundan başqa, münsiflərin verdiyi ballara əsasən artıq müsabiqənin qalibləri (ilk üçlük) də müəyyən edilib. Qaliblərin adları Mövlud Mövlud Mükafatı hekayə müsabiqəsinin mükafatlandırma mərasimində açıqlanacaq. Mükafatlandırma mərasiminin nə vaxt keçiriləcəyi haqda yaxın günlərdə məlumat veriləcək”.

Qeyd edək ki, onlayn səsvermənin qalibi diplom, eləcə də planşet və ya mobil telefonla mükafatlandırılacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300