Fələstinlilər Qüdsdən çıxarılacaq- Knessetin qanunu

İsrail parlamenti (Knesset) Daxili İşlər Nazirliyinə terror təşkilatları ilə bağlılığı sübuta yetirilən Qüdsdə yaşayan fələstinlilərin qeydiyyatını ləğv etmək səlahiyyəti verib.

 

Fələstinlilərin əleyhinə yönələn qanun bu gün ikinci və üçüncü oxunuşdan keçərək qəbul edilib.

 

Qanun layihəsini Knessetə Likud Partiyasının deputatı Amir Ohana təqdim edib.

 

İsrail Daxili İşlər Nazirliyi Fələstin parlamentinin Qüdsdən olan deputatları Məhəmməd Əbu Teir, Əhməd Attun,ə Məhəmməd Tutah və Qüdsün keçmiş rəhbəri Halid Əbu Arafehi qeydiyyatlarını ləğv etməklə hədələmişdi.

 

2017-ci ildə 107 fələstinlinin Qüds qeydiyyatı ləğv edilib. 1967-ci ildə İsrailin ələ keçirdiyi Qüdsdə fələstinlilərin sayı 14 min 300 nəfərə enib.(teleqraf.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300