Çaylarda suyun səviyyəsi dəyişib

 

Çaylarda sululuq səviyyəsi dəyişib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo”ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 150-270, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 187 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 52 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm azalma müşahidə olunub.
Surra məntəqəsində suyun səviyyəsi 367 sm (2017-ci il martın 05-də 410 sm), Şirvanda 229 sm (2017-ci il martın 05-də 285 sm), Salyanda 185 sm (2017-ci il martın 05-də 256 sm), Bankədə 186 sm (2017-ci il martın 05-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2017-ci il martın 05-də 136 sm) təşkil edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300