Seyşel adalarında gizli görüşün üstü açıldı-"The Washington Post”dansensasion İDDİA

 

 

ABŞ-da Rusiyanın 2016-cı il president seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokurorRobert Müller sensasion dəlil əldə edib.

Virtualaz.org xəbər verir ki, xüsusi prokurorun əlindəprezidentDonald Trumpvəzifəyə keçməzdən öncə Seyşel adalarında gizli görüşünkeçirilməsinə dair sübut var."The Washington Post” yazır ki, görüşdə prezidentin seçki kampaniyasının məqsədi Kremllə gizli kanal yaratmaq olub.

2017-ci ilin yanvarında Hind Okeanındakı adadabaş tutmuşgörüşErik PrinsləKirill Dmitriyevarasında keçirilib.PrinsABŞ-ın tanınmış hərbi podratçısı, Trampın təhsil nazirinin qardaşıdır. Dmitriyev isə Rusiya prezidentiVladimir Putinə yaxın, hökumətin nəzarətində olan birbaşa investisiyalar fondunun rəhbəridir.


Erik Prins

Qəzet martın 7-də məsələylə tanışadamlara istinadla yazsa da ad çəkməyib. Məlumata görə, Müllerlə əməkdaşlıq edənşahid müstəntiqlərə deyib ki, görüşöncədən təşkil olunub, məqsəd Tram-ın keçid komandasınınüzvünüMoskvanın elçisi ilə görüşdürmək, ikiölkənin gələcək münasibətlərini müzakirə etmək olub.

Seyşel görüşünü təşkil edərək ona qatılmış livanlı amerikalı biznesmen Corc Nader artıq məsələylə bağlı böyük jüri qarşısında ifadə də verib. Jüri Trampın seçkikampaniyası ilə Kremlin mümkün əlaqələrinə dair dəlil toplayır.

Qəzetinyazmasınagörə,NaderyanvardanMüllerinistintaqıylaəməkdaşlığabaşlayıb.Prince Trampın adından Dmitriyev ilə görüşmədiyini deyib, jurnalistlərə söyləyib ki, görüşlə bağlıötən il dediklərindən istifadə etsinlər.


Kirill Dmitriyev

Ötən il Prins konqresmenlərə və mediaya görüşün planlıolmadığını, o, Seyşeldə dəbdəbəli otelə BirləşmişƏrəbƏmirliklərindən rəsmilərlə görüşə gedərkən təsadüfən baştutduğunu demişdi.

Prins Trampın kampaniyasında formal rol oynamayıb və dediyinə görə, Seyşelə Trampın qeyri-rəsmi emissarıkimi deyil,şəxsi biznesmen kimi gedib.Dediyinə görə, onu Dmitriyevə Birləşmiş Ərəb Əmirliklərirəsmiləri təqdim edib və onunla 30 dəqiqədənçoxünsiyyətdə olmayıb.O,ötənilki açıqlamasında görüşün Kremllə gizli kanal yaratmaq məqsədiylə təşkil olunduğunu məxsusi danıb.

"Neftin qiymətindən tutmuş, onunölkəsinin ABŞ-la normal ticarət münasibətlərini bərpasınınecə istədiyinə dair müxtəlif mövzularda söhbət etdik, – Prins konqresmenlərə deyib.


 

"The Washington Post” yazıb ki,Birləşmiş Əmirliklərbu görüşə vasitəçilik etməyə razılıq verib, bir niyyəti Rusiyanıİranla sıx münasibətlərini məhdudlaşdırmaqüçün dilə tutmağın mümkün olub-olmadığınıöyrənmək istəyib. Bu, həm Tramp administrasiyasının, həm də bir neçə Körfəz ərəbölkəsinin əsas hədəfidir. Qəzet ABŞrəsmilərinə istinadla yazır ki, Moskva buna razılıq verərdisə, Tramp administrasiyasının Rusiyaya sanksiyalarıyüngülləşdirməyə əsasıolardı.

Seyşel görüşündən sonra Nader bir neçə dəfə Ağevdə olub, azıbir dəfə prezidentin keçmişmüşaviriStefan Bannonvə Trampın kürəkəniJared Kuşnerilə görüşüb.

Qeyd edək ki, xüsusi prokuror Trampın komandasının Moskva ilə gizli işbirliyinə dair başqa faktları da araşdırır. Seyşel adalarında baş tutmuş həmin gizli görüş isə Trampın Moskva ilə gizli əməkdaşlığına dair çox tutarlı dəlil ola bilərdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300