"Qarabağ” klubların reytinq siyahısında geriləyib

 

Avrokuboklarda 2018-ci il üçün üçüncü oyun həftəsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 4, Avropa Liqasının 8 görüşü cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.

Avropanın 442 komandasının yer aldığı siyahıda ən yüksək pillədə qərarlaşan Azərbaycan klubu da mövqeyini dəyişib. Son 5 mövsümün nəticəsində 20,500 xal toplayan "Qarabarğ” 3 pillə geriləyib. Buna İspaniya klublarının irəliləyişi səbəb olub.

Pireney yarımadasının üç komandası – "Selta”, "Real Sosyedad” və "Betis” Azərbaycan çempionunu 0,042 xal arxada qoyub. Buna İspaniyanın avrokuboklardakı uğurlu çıxışı səbəb olub. Nəticədə Qurban Qurbanovun yetirmələri 73-cü sıraya enib. Ağdamlılar bu mövqeni eyni xala malik BATE (Belarus) və "Yanq Boyz”la (İsveçrə) bölüşür.

Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. "Qəbələ” aktivindəki 5,250 xalla "Voyvodina” ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubu - "Neftçi, "Xəzər Lənkəran”, "Keşlə”, "Zirə” və "Kəpəz” 3,825 xalla 244-256-cı yeri bölən komandalar arasındadı.

Qeyd edək ki, siyahıya 153,000 xala malik "Real” başçılıq edir. 2-ci pillənin sahibi isə dəyişib. "Atletiko” "Bavariya” və "Barselona”nı arxada qoyub.

 

İlk "onluq”

1. "Real” (İspaniya) – 153,000

2. "Atletiko” (İspaniya) – 128,000

3-4. "Barselona” (İspaniya) – 127,000

"Bavariya” (Almaniya) – 127,000

5. "Yuventus” (İtaliya) – 124,000

6-7. PSJ (Fransa) – 109,000

"Sevilya” (İspaniya) – 109,000

8. "Mançester Siti” (İngiltərə) – 100,000

9. "Borussiya” (Dortmund, Almaniya) – 88,000

10. "Porto” (Portuqaliya) – 86,000

"Qarabağ” və qonşuları

66. "Lester” (İngiltərə) – 22,000

67. "Astana” (Qazaxıstan) – 21,750

68-69. "Feyenoord” (Hollandiya) – 21,500

"Rapid” (Vyana, Avstriya) – 21,500

70-72. "Selta” (İspaniya) - 20,542

"Real Sosyedad” (İspaniya) - 20,542

"Betis” (İspaniya) - 20,542

73-75. "Qarabağ” (Azərbaycan) – 20,500

"Yanq Boyz” (İsveçrə) – 20,500

BATE (Belarus) – 20,500

76. "Trabzonspor” (Türkiyə)– 18,000

77. "Dinamo” (Xorvatiya) – 17,500

78-80. "Partizan” (Serbiya) – 17,000

"Everton” (İngiltərə) – 17,000

"Slovan” (Çexiya) – 17,000

Digər Azərbaycan klubları

191. "Qəbələ” – 5,250

244-256. "Neftçi” - 3,825

"Keşlə” - 3,825

"Zirə” - 3,825

"Kəpəz” - 3,825

"Xəzər Lənkəran” - 3,825

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300