Türkiyə ABŞ-la razılaşdı -Çavuşoğlu açıqladı

Türkiyə və ABŞ arasında Suriyanın Münbiç şəhəri və Fərat çayının şərqində hərbi əməliyyatların aparılması məsələləri müzakirə edilib.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya mətbuatına açıqlamasında bildirib.

Martın 19-da ABŞ xarici işlər naziri ilə görüşəcəyini bildirən Çavuşoğlu qeyd edib ki, ABŞ-la Münbiç və Fəratın şərqi ilə bağlı razılıq əldə edilib.

Çavuşoğlu bildirib ki, əməliyyatın çətin dövrü arxada qalıb: "Afrinin mərkəzinə çatmışıq. Münbiç və Fıratın şərqilə bağlı ABŞ xarici işlər naziri Reks Tillersonla müzakirə aparmışıq və razılıq əldə olunub. İşçi qrupları yaradılıb".

Çavuşoğlu ABŞ-ın terror təşkilatlarına dəstək verməkdən imtina edəcəyinə ümid bəslədiklərini bildirib.

"Türkiyənin NATO üzvlüyü təhlükədədirmi" sualına cavab olaraq Çavuşoğlu qeyd edib ki, heç kəs Türkiyəni NATO-dan çıxara bilməz: "ABŞ və Avropa Birliyi Türkiyənin bərabərhüquqlu ortaq olduğunu anlamalıdırlar".//teleqraf.com

 

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300