Koalisiya sədrindən Ramiz Yediyarova sərt ittihamlar –Video

 

Rasim Məmmədov: "Gədəbəyin icra başçısı rayonu əşirət qanunları ilə idarə edir”

"İctimai Nəzarət Koalisiyası”nın(İNK) sədri Rasim Məmmədov Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rayonda sahibkarlara qarşı hərəkətlərini sərt şəkildə tənqid edib.AzEuroNews.com–un məlumatına görə, koalisiya sədri bildirib ki, Ramiz Yediyarovun yerli sahibkarlara qarşı atdığı addımlar ölkə prezidentinin sahibkarlığa qarşı çağırışlarına ziddir, bir çox hallarda böyük qanunsuzluqlarla müşahidə edilir. Rasim Məmmədov rəhbəri olduğu Koalisiyanın bir qrup üzvü ilə rayondakı durumu yerində araşdırmaq üçün Gədəbəyə yollanıb. Onun sözlərinə görə, Gədəbəy İcra Hakimiyyətinin rəsmiləri Koalisiya üzvlərinə qarşı özlərini məmur etikasına sığmayan tərzdə aparıblar.

Rasim Məmmədov icra başçısı Ramiz Yediyarovun rayonu əşirət qanunları ilə idarə etməkdə suçlayıb. Bildirib ki, başçı rayonda sahibkarlara qarşı qanunsuzluqlar etməklə iş yerlərinin bağlanmasına nail olur, əhali arasında narazılıq yaradır. Gədəbəydə baş verən qanunsuzluqlarla bağlı İNK rəsmi qaydada Prezidentə, 1-ci vitse-prezidentə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizilik Xidmətinə müraciət ünvanlayıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300