Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni sədr seçdi

 

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar konfransında qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş, yeni İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və sədr seçilmişdir. Qurumdan Tia.az-a verilən məlumata görə konfransın sonunda cəmiyyətin sertifikatlaşma üzrə kurslarının yekununda imtahanlarını uğurla vermiş şəxslərə sertifikat təqdim edilmişdir.AQC tərəfindən ölkədə fəaliyyət göstərən qiymətləndirmə şirkətlərini birləşdirən və əlaqələndirən yeni təsisat-Qiymətləndiricilər Şurası yaradılacaq”-deyən "Koneko Group” MMC-nin direktoru, AQC İdarə Heyətinin üzvü Vüqar Oruc konfransdan sonra cəmiyyətin fəaliyyətinin genişləndiriləcəyini bildirib. Yeni seçilmiş sədr Nüsrət İbrahimovun və yeni idarə heyətinin daha səmərəli fəaliyyət göstərəcəyinə inamını ifadə edən Vüqar Oruc tez bir zamanda AQC-nin qiymətləndirmə bazarında həlledici mövqeyə sahib olacağı üçün rəhbərliyin əzmkarlıqla çalışacağına əminliyini ifadə edib. Onu da vurğulamaq lazımdır ki, AQC bu yaxınlarda nüfuzlu beynəlxalq qurumun-Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin assosiativ üzvülüyünə qəbul edilmişdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300