Abutalıbovun MTN-ə bulaşan adamı qohumlarını ölkədən qaçırdıb – Təfsilat

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyev mətbuatın diqqət mərkəzindədir

Rafael Mehrəliyevin adının rabitə və MTN işində hallanması başına bəla olub.

Mehrəliyevin paytaxt meriyasında əsas gəlir sahələrindən birinə yiyələnməsini vaxtı ilə yaxın qohumu, Rabitə Nazirliyindəki sabiq aparat rəhbəri Vidadi Zeynalov təşkil etdirib.

Rafael Mehrəliyevin qardaşı Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev Vidadi Zeynlovun bacısının həyat yoldaşıdır.

Məhz Mübariz Mehrəliyevin də rəis vəzifəsinə qədər irəliləməsində vaxtı ilə qaynının böyük əməyinin olduğu deyilir.

Mübariz Mehrəliyev 2015-ci ilin əvvələrində Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə polis sıralarından qovulub.

Bu barədə yenicag.az-a verilən məlumata görə, Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev Türkiyəyə qaçıb və orada böyük biznes yaradıb.

Ulus.Az-a daxil olan xəbərə görə, R.Mehrəliyevin qardaşının biznesində rolu var.

Rafael Mehrəliyev isə həm öz pullarını, həm də Zeynalovun pullarını Türkiyəyə qaçan qardaşına göndərərək orada böyük biznes qurmasını tapşırıb.

Yenicag.az-ın Türkiyədə apardığı araşdırmalardan məlum olur ki, Mübariz Mehrəliyev qardaşı üçün İstanbulda böyük bir restoran, bir neçə bahalı ev və şirkəti üçün 2 mərtəbəli ofis alıb.

Həmin ofisdə Rafael Mehrəliyevlə Vidadi Zeynalovun şərikli turizm şirkətinin fəaliyyət göstərəcəyi ehtimal olunur.

Həmçinin Azərbaycanın sərvətini talayaraq ölkədən çıxaran talançı qohumlar Bodrum və Antalya şəhərlərində torpaq sahəsi aldıqları və burada böyük bir istirahət kompleksi tikdirmək üçün işə başladıqları məlum olub.

Ulus.Az-ın media üzərindən araşdırmalarına görə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbərinin iş adamına "krişalıq” etdiyi deyilir.

Dələduzluq, vəzifə səlahiyyətlərindən sui istifadə və vəzifə saxtakarlığı maddələri ilə 12 il azadlıqdan mərhum edilən "Real” MTK-nın faktiki sahibi İlham Qasımovla bağlı az Today.az-a daha bir ilginc məlumat daxil olub.

Həmin məlumatda bildirilir ki, keçən il Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Qasımovla bağlı keçirilən məhkəmə prosesində iş adamı və "Real” MTK-nın direktoru olan bacısı oğlu Sahil Cahangirli lahiyələrin təsdiqlənməsi üçün Bakı Şəhər İcra Hakimiyyətində 3 milyon 700 min manat rüşvət verdiklərini bildirmişdi.

İş adamı İlham Qasımovun Bakı şəhər İcra Hakimiyyətində əsas havadarı, hazırda Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri vəzifəsini tutan Rəfael Mehrəliyev olub. İş adamı tikdirdiyi binalara görə, milyonlarla manatı məhz Rafael Mehrəliyev vasitəsi ilə BŞİH-ə çatdırdığı iddia olunur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300