London Rusiyaya qarşı sərt sanksiyalar hazırlayır

 

Böyük Britaniya hökuməti korrupsiyaya bulaşmış və insan haqlarını pozmaqda adları hallanan rusiyalı məmurlara qarşı sanksiyalar tətbiq eləməyə hazırlaşır. "Yeni Müsavat”ın məlumatına görə, bu barədə "The Sunday Telegraph” qəzeti yazıb.

Ölkənin xarici işlər naziri Boris Consonun sözlərinə görə, "Maqnitski siyahısı”nın Britaniya versiyasına 49 nəfər daxil ediləcək. Onlar insan haqlarını pozmaqda, məhkəməsiz edamlarda və işgəncələrdə ittiham olunurlar. Hazırlanan məhdudiyyətlər viza verilməsindən imtinanı və hesab aktivlərinin dondurulmasını ehtiva edir.

Belə bir qərar SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi olayına kimi verilib. Britaniya parlamentarları yaxın zamanlarda yeni tədbirlərin görüləcəyini açıqlayıblar. Əgər Skripal və qızının zəhərlənməsində Rusiyanın iştirakı təsdiqlənsə, o zaman baş nazir Tereza Mey Moskvaya qarşı başqa cavab addımları kimi yeni qanunları elan edəcək.

Xatırladaq ki, Sergey Skripal və qızı Yuliyanı martın 4-də, London parklarının birində sinir sistemini iflic edən naməlum toksik maddə ilə zəhərləyiblər. Onları bağda huşsuz vəziyyətdə tapıblar. Xəstəxanada isə hər ikisi komaya düşüb.

Az öncə Böyük Britaniya hökuməti Skripal və qızının zəhərlənməsinə dair işdə "Rusiya izi” sübuta yetiriləcəyi təqdirdə Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya Çempionatını boykot etməyə hazır olduğunu bildirib. "DÇ-nın boykotu açıq-aşkar variantlardan biridir”, - deyə "The Times” nəşri yazıb. Nəşrin ehtimalına görə, boykot ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilər.

Bu arada Skripalın 2012-ci ildə ölən həyat yoldaşı Lyüdmila Skripalın da zəhərlənməsi ilə bağlı şübhələr yarandığı üçün qadının qəbri açılaraq, ekspertizaya göndərilib. Bu barədə məlumatı "Sputnik” yayıb (Axar.az).

Məlumata görə, Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsindən sonra 240-a yaxın şahid dindirilib. Dindirilmə zamanı Sergey Skripalın həyat yoldaşı Lyüdmilanın sənədlərdə ölüm səbəbi kimi xərçəng göstərilməsinə baxmayaraq, qonşuları onun avtomobil qəzasında öldüyünü söyləyib. Bundan sonra keçmiş polkovnikin həyat yoldaşının da zəhərlənməsi ilə bağlı şübhələr yaranıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300