Bağdad-Kərkük yolunda pusqu quran İŞİD silahlıları 10 nəfəri öldürüb

 

İŞİD terror qruplaşmasının Bağdad-Kərkük yolunda qurduğu pusqu nəticəsində azı 10 nəfər öldürülüb.

AZƏRTAC xəbər verir ki, "Al Sumaria” telekanalının yaydığı məlumata görə, terrorçular Bağdad-Kərkük yolunda saxta nəzarət buraxılış məntəqəsi quraraq 10 dinc sakini qətlə yetiriblər. Hazırda güc strukturları hadisənin baş verdiyi ərazini mühasirəyə alıb və hücumu həyata keçirən silahlıları axtarır.

İraqın şimalında yerləşən Kərkük vilayətinin qubernatoru Rakan əl-Cəburi hələ fevral ayında bu regionda İŞİD qruplaşmasının "yatmış” yuvalarının əhali üçün ciddi təhlükə yaratdığını demişdi.

Xatırladaq ki, İraqın Baş naziri Heydər əl-Abadı 2017-ci ilin dekabrında İŞİD-ə qarşı müharibənin uğurla başa çatdığını bildirsə də, sonradan qruplaşmanın tör-töküntülərinə qarşı mübarizənin vacibliyini qeyd etmişdi.

Bir müddət əvvəl hökumətə loyal könüllülər Kərkükdə İŞİD-in terror yuvalarına qarşı federal polis qüvvələri ilə birgə əməliyyatlara başlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300