Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

 

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, "Real”, "Mançester Siti”, "Liverpul” və "Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşəcək.

 

Günün ən diqqətçəkən matçında "Mançester Yunayted” "Sevilya”nı qəbul edəcək. İspaniyadakı qolsuz bərabərlikdən sonra cavab görüşünün nəticəsi böyük önəm kəsb edir. "Qırmızı şeytanlar” qarşılaşmaya ciddi itkilərlə çıxa bilər. Çünki Deyli Blind, Fil Cons, Pol Poqba, Ander Errera, Antoni Marsial və Markos Roxo kimi futbolçular zədədən əziyyət çəkirlər. Baş məşqçi Joze Mourinyonun adıçəkilən oyunçuların xidmətindən məhrum qalması istisna edilmir. "Sevilya”da heyətlə bağlı ciddi problem olmasa da, əndəlüs klubunun son vaxtlar əldə etdiyi nəticələr o qədər də ürəkaçan deyil. Əvəzində "mankunianlar” yaxşı forma yığıblar və qələbə seriyasını doğma azarkeşləri önündə davam etdirmək niyyətindədilər.

 

"Qarabağ”ın yer aldığı qrupu qalib kimi tamamlayan "Roma” ilk görüşdəki məğlubiyyətin əvəzini "Şaxtyor”dan çıxmağa çalışacaq. Ancaq Ukrayna təmsilçisinin 2018-ci ildə keçirdiyi 5 rəsmi qarşılaşmanın hamısında qələbə qazandığını da vurğulamaq lazımdır. İstənilən halda A seriyasının son turlarında "Napoli” və "Torino”nu məğlub edən "canavarlar” cütlüyün favoritidir. 1:0 hesablı qələbə də italyanlara bəs edir. Ancaq "Şaxtyor"un kifayət qədər avrokubok təcrübəsi olduğunu da unutmaq olmaz.

 

Çempionlar Liqası

 

1/8 final (cavab oyunları)

 

13 mart

 

23:45. "Roma” (İtaliya) – "Şaxtyor” (Ukrayna)

 

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

 

Roma, "Olimpiya” stadionu

 

İlk oyun - 1:2

 

 

23:45. "Mançester Yunayted” (İngiltərə) – "Sevilya” (İspaniya)

 

Baş hakim: Danni Makkelye (Hollandiya)

 

Mançester, "Old Trafford” stadionu

 

İlk oyun – 0:0

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300