"Burada kim öz trubasını tapsa, mükafat verilir”- Video

 

Bakıda Koroğlu Rəhimov küçəsində yerləşən 53 nömrəli yataqxana üzərindəki hörümçək toruna bənzər borularla diqqət çəkir. Bu problem illərdir işıqlandırılsa da, sakinlərin şikayətinə hələ də cavab verən yoxdur.

 

"Qafqazinfo” sözügedən ünvana baş çəkərək vəziyyətlə maraqlanıb. Həmin binada yaşayan məcburi köçkünlər su borularının səliqəsiz düzülüşünə görə binanın qəzalı vəziyyətə düşdüyünü bildiriblər.

Onlar qeyd ediblər ki, 26 ildir bu binada belə vəziyyətdə yaşayırlar: "Binaya baxan, təmir eliyən yoxdur. Yalandan gəlib baxırlar, təmir edəcəyik desələr də, sonra görünmürlər. Cavanımız, qocamız, uşaqlarımız, bir sözlə hamımız rütubətdən xəstəlik tapmışıq. Su boruları şəxsi hesabımıza quraşdırılıb. Elə quraşdırılıb ki, heç kim öz borusunu tanımır. Bəzən elə olur ki, boru partlayır. Onsuz da çətin vəziyyətdə yaşayırıq. Bir tərəfdən də bu problemlər güzəranımızı lap çətinləşdirir”.


 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300