"National Geographic"dən irqçilik etirafı

Məşhur "National Geographic" jurnalı uzun illər ərzində irqçi mövqe tutduğunu etiraf edib.

 

Qaynarinfoxəbər verir ki, jurnalın icraçı direktoru Suzan Qoldberq Virciniya Universitetinin Afrika və fotoqrafiya tarixi tədqiqatçısı professor Con Edvin Meysından jurnalın 130 illik tarixini araşdırmağı istəyib. Tədqiqat nəticəsinə yer verən jurnal yazı dərc edərək "National Geographic"in mövqeyinə diqqət çəkib:

"1970-ci illərə qədər ABŞ-da yaşayan rəngli dəriyə sahib sakinlərə məhəl qoyulmadı. Onlar işçi və xidmətçi hesab edilirdi. Yerli əhali ekzotik, geyimsiz, xoşbəxt ovçular, müqəddəs vəhşilər kimi təqdim edilirdi. Qaradərili qadınlar jurnalın 130 illik tarixində həmişə geyimsiz təsvir ediliblər".

 

Professor Meysın vəziyyəti belə təsvir edir:

"ABŞ vətəndaşları dünya barədə Tarzan filmləri, irqçi karikaturaların yaratdığı fikirlərə sahibdir. Qaradərililər sadəcə ekzotik rəqqaslar, xidmətçi kimi təqdim olunub. Bu qəribədir, əslində, redaktor, yazıçı, fotoqrafların nəyi şüurlu şəkildə görmədiyini göstərir".

 

Con Edvin Meysın bildirir ki, jurnal son 20-30 ildir öz tarixi ilə üzləşir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300