"Artıq Avropa Birliyinin bənzəri olan Türk Birliyinin qurulması şərtdir” – Nail Çələbi

"Dünya İstiqlal savaşında olduğu kimi indi də Türkiyənin və türklərin qarşındadır”.

Musavat.com "Türkiyənin Səsi” radiosuna istinadla xəbər verir ki, bu sözlər Türk Dünyası Parlamentlər Birliyi başqanı Nail Çələbiyə aiddir.

N.Çələbi türk dünyası qəzetçiləri ilə görüşündə Türkiyənin terror və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mücadilə verdiyi diqqətə çatdıraraq, bir "xaç yürüşü” ilə qarşı-qarşıya olduğunu ifadə edib.

Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı” hərəkatında sonuna qədər haqlı olmasını vurğulayan Çələbi, Türkiyəni təkləmək cəhdlərinin olduğunu qeyd edib.

Çələbi"artıq Avropa Birliyinin bənzəri olan Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı, Türkiyə bu qədər yalnız olmaz, arxamızda bir gücümüz olardı”, – deyə qeyd edib.

Hər zaman dövlətin və ölkənin birlik, bərabərliyi üçün çaba göstərdiyini anladan Çələbi deyib:"İndi Türk Birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq”.

Türk dünyasının birlik və bərabərliyi üçün vətəndaş cəmiyyəti institutlarının son dərəcə önəmli rolu olduğunu bildirən Çələbi söyləyib:"Türk dünyası millət vəkilləri, qəzetçiləri, iş adamları, xalqı və vətəndaş cəmiyyəti institutları əl-ələ verərək, Türk dünyasının birliği için çalışacağıq”.

Çələbi bu fəaliyyət çərçivəsində Türk dünyası qəzetçilərindən dəstək istəyib:"Həmən diqqətə çatdırım ki, birliyimiz partiyaların üst qurumudur, hər partiyadan üzvlərimiz vardır. Özünü türk hiss edən hər bir millət vəkilinə də açıqdır, bu üzdən partiya siyasətinə qapalıdır”.

N.Çələbi Türkiyənin Azərbaycandakı keçmiş, hazırda isə Moldovada səfiri olan, türk dünyasının birliyi, bərabərliyi üçün xüsusi çalışmalar yapan Hülusi Kılıcın Türk Birliyinin Xarici əlaqələr üzrə koordinator təyin edildiyini və bununla çox güclü bir hala gəldiklərini nəzərə çatdırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300