Bu gün "Barselona" və "Çelsi" komandaları qarşılaşacaq

 

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunları keçiriləcək.

"Report" xəbər verir ki, gecə saatlarında diqqətlər İspaniya və Türkiyəyə yönələcək.

Kataloniyadakı "Nou Kamp” stadionunda "Barselona” və İngiltərənin "Çelsi” komandaları arasında baş tutacaq matç gərgin və maraqlı mübarizə vəd edir. Londonda baş tutmuş ilk qarşılaşmada heç-heçə qeydə alındığı üçün kataloniyalılar bir qədər üstün durumadadırlar. Lakin qonaqları da hesabdan silmək olmaz. Nelson Semedu və Denis Suares zədəli olduqları üçün "zadəganlar”la görüşdə meydan sahiblərinə kömək edə bilməyəcəklər. Andres İnyestanın durumu sual altındadır. "Çelsi”də isə David Luis və Ross Barkli zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

Günün digər oyunu İstanbulda keçiriləcək. "Beşiktaş” və Almaniyanın "Bavariya” kollektivləri arasında baş tutacaq görüş formal xaraker daşıyır. Buna səbəb münhenlililərin ilk matçda 5:0 hesabı ilə qalib gəlmələridir. "Beşiktaş”ın heyətində Pepe zədəli, Domaqoy Vida cəzalıdır.

"Bavariya” zədəli Manuel Noyer, Kigsli Koman və Korenten Tolissonu, eləcə də Aryen Robbeni İstanbula gətirməyib. Xames Rodrigesin durumu isə sual altındadır.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

14 mart

23:45. "Beşiktaş” (Türkiyə) – "Bavariya” (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

İlk oyun - 0:5 23:45.

"Barselona” (İspaniya) – "Çelsi” (İngiltərə)

Baş hakim: Damir Skomina İlk oyun - 1:1

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300