Putinin daha bir rəqibi müəmmalı şəkildə öldü

 

Rusiya Prezidenti Vladimir Putinə müxalifliyi ilə tanınan rusiyalı oliqarx Nikolay Qluşkovun İngiltərənin paytaxtı Londonda yaşadığı evdə cəsədi tapılıb.

Axar.az xəbər verir ki, bu barədə "Qardian” məlumat yayıb.

Bildirilib ki, 68 yaşlı Qluşkovun meyiti ailəsi tərəfindən aşkar edilib.

Qeyd edək ki, Qluşkov 2013-cü ildə öldürülən Boris Berezoviskinin ən yaxın adamlarından sayılırdı. O, "Aeroflot”un keçmiş baş direktoru vəzifəsində çalışıb. Qluşkov Berzovski ilə qanunsuz maliyyə sövdələşməsində ittiham olunaraq həbs edilib. Azadlığa çıxandan sonra İngiltərəyə köçmüşdü. N.Qluşkov Berzovskinin ölümündə Rusiya hakimiyyətinin əli olduğunu iddia edirdi.

Onu da əlavə edək ki, martın 5-də Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya huşsuz və ağır vəziyyətdə Britaniyada parkların birində tapılıb. İngiltərə Baş naziri Tereza Mey rusiyalı eks-kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsində Moskvanın məsuliyyət daşıdığını bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300