Lavrov: "Türkiyənin S-400-lərin tez göndərilməsi ilə bağlı xahişinə müsbət baxırıq”

 

"Türkiyənin S-400-lərin tez bir zamanda göndərilməsi ilə bağlı xahişinə biz müsbət reaksiya veririk”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkar Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlığı, iqtisadi münasibətləri müzakirə etdik. "Türk axını” və Akkuyu Atom Elektrik Stansiyası kimi layihələrin önəmini bir daha təsdiqlədik. S-400 zenit-raket kompleksinin Türkiyəyə satışına dair sazişin reallaşdırılmasını müzakirə etdik. Bu barədə mütəxəssislər danışıqlar aparır. Türkiyənin S-400-lərin göndərilməsinə dair xahişinə biz müsbət reaksiya veririk. Rusiya və Türkiyədə qarşılıqlı olaraq 2019-cu ilin turizm ili elan edilməsini razılaşdırdıq. Ötən il Rusiyadan Türkiyəyə rekord sayda turist gedib. Biz Türkiyəyə gələn turistlərin sayına görə Almaniyanı qabaqlamışıq”.

Rusiya XİN başçısı türkiyəli həmkarı ilə gündəmdə olan beynəlxalq məsələləri müzakirə etdiklərini də söyləyib: "Hər şeydən öncə Suriya münaqişəsinin siyasi yolla həll edilməsi ilə bağlı müzakirələr apardıq”.

S. Lavrov Cənubi Qafqazda, Mərkəzi Asiyada, Ukraynadakı problemlərlə bağlı fikir mübadiləsi apardığını da söyləyib.

M. Çavuşoğlu isə Rusiya ilə Türkiyə arasında olan birtərəfli viza rejiminin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına maneə törətdiyini vurğulayıb: "Qara dənizdə və digər regionlarda Rusiya ilə sıx əməkdaşlıq edirik. Bir sıra məsələlərdə fikir ayrılıqları olmasına baxmayaraq, Rusiya ilə dialoq davam edir. O ki qaldı S-400-lərin Türkiyəyə göndərilməsi məsələsinə, bunların tez göndərilməsi hər iki ölkənin maraqlarına uyğundur”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300