Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub 

 

Bu gün Çempionlar Liqasında 1/8 finalın sonuncu cavab matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, günün görüşlərindən sonra 1/4 finala yüksəlmiş bütün komandaların adlarına aydınlıq gəlib.

 

İstanbulda baş tutan "Beşiktaş” – "Bavariya” qarşılaşması formal xarakter daşıyırdı. Almanlar evdə rəqib qapısından 5 cavabsız top keçirərək, türkiyəlilərə möcüzə üçün ümid yeri də qoymamışdılar. İstanbul klubu öz meydanında da rəqibi ilə bacarmayıb. İki oyunun nəticəsinə görə, 1:8 hesabı ilə uduzan "Beşiktaş" Çempionlar Liqası ilə vidalaşıb. "Bavariya" isə gözlənildiyi kimi, adını növbəti mərhələyə yazdırıb.

 

1/8 final mərhələsi "Barselona” – "Çelsi” matçı ilə başa çatıb. İngiltərədəki qollu bərabərlikdən sonra kataloniyalılar daha şanslı hesab olunurdular. Üstəlik, Cari mövsümdə La Liqa və Çempionlar Liqasında məğlubiyyətin nə olduğunu bilməyən "Barsa” ənənəsinə sadiq qalıb. Lionel Messinin dubl etdiyi görüşdə ev sahibləri rəqib qapısından 3 cavabsız top keçiriblər. Beləliklə, "Bavariya" ilə yanaşı, "Barselona" da adını növbəti mərhələyə yazdırıb.

 

 

Çempionlar Liqası

 

1/8 final (cavab oyunları)

 

14 mart

 

"Barselona” (İspaniya) – "Çelsi” (İngiltərə) - 3:0

 

Qollar: Messi, 3, 64; Dembele, 20

 

İlk oyun – 1:1

 

 

"Beşiktaş” (Türkiyə) – "Bavariya” (Almaniya) - 1:3

 

Qollar: Vaqner Lav, 59 - Tiaqo, 18; Gökhan Gönül, 46 (avtoqol); Vaqner, 84

 

İlk oyun – 0:5

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300