Bu markadan maşını olanlara XƏBƏRDARLIQ- mayın 1-nə kimi vaxtınız var

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sürücüləri və sahiblərinə müraciət ünvanlayıb.

 

Müraciətdə bildirilir ki, istehsal ili 2007-ci ilədək (2007-ci il daxil olmaqla), 2009-cu, 2011-ci və 2013-cü illər olan bütün növ mexaniki nəqliyyat vasitələrinin texniki baxışı davam edir: "VAZ”, Qaz”, "Moskviç”, "ZAZ”, "UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddətinin yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilməsi və bu vaxtadək texniki baxışa təqdim olunmalı avtomobillərdən cəmi 21%-nin baxışdan keçməsini nəzərə alaraq, aprel ayında yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə, Bаş DYP İdаrəsinin Bakı şəhəri Sаbunçu rаyonu Maştağa qəsəbəsində yerləşən müаsir аvdаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş teхniki müаyinə mərkəzi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri, o cümlədən bayram günləri də fasiləsiz olaraq fəaliyyət göstərəcək.

 

Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün "Yol hərəkəti haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər.

 

Tərtib olunmuş inzibati protokol əsasında qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının "Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edilə, habelə e-xidmet.mia.gov.az internet portalında qeydiyyatdan keçməklə qərarlı və qərarsız protokollar üzrə plastik kart vasitəsilə ödəniş aparıla bilər”.

 

İnzibаti Хətаlаr Məcəlləsinin 339.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə (texniki baxışdan keçmə müddəti talonunun üzərində iri rəqəmlərlə qeyd olunur) nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslərin 50 mаnаt miqdаrındа, vəzifəli şəхslərin 100 mаnаt miqdаrındа, hüquqi şəхslərin isə 300 mаnаt miqdаrındа cərimə edilməsi nəzərdə tutulur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300