Əhmədinejad generalı təhdid etdi:"Açıqlayacağam..."

 

İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayinin həbsinə göz yumduğu üçün SEPAH-ın Yaxın Şərq üzrə komandiri Qasım Süleymanini iş əlaqələrini ictimaiyyətə açıqlamaqla təhdid edib.

Axar.az xəbər verir ki, Əhmədinejadın Süleymaniyə xitab edərək, yazdığı məktub "dolatebahar” adlı internet saytında yayımlanıb.

"Suriyada və başqa yerlərdə zülmlərə qarşı mübarizədə fədakarlıq elediniz, ancaq öz ölkənizdə sizin adınızdan həyata keçirilən böyük zülmlərə niyə ortaq olursunuz? Əvvəlki məktubda xatırlatdığım kimi, aramızdakı iş əlaqələrini açıqlamaq üçün özünüzü tam hazırlayın”,- sözlərini qeyd edib.

Məktubun sonunda isə Əhmədinejad "zalımlar yaxında peşman olacaq, ancaq peşmanlıq üçün gec olacaq” sözlərini qeyd edib.

Qeyd edək ki, İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu. O, həbsindən 1 gün əvvəl Teleqraf hesabında ona qarşı irəli sürülən iddialarla bağlı sənədləri yayımlamışdı. Bunun səhərisi günü Bakayi 15 il həbs cəzası almışdı. İranın keçmiş prezident Mahmud Əhmədinejad isə əsl günahkarların məhkəmə rəsmilərinin olduğunu bildirərək, onun həbsinə etiraz etmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300