Yaponiyanın ABŞ-dan istəyi: "Koreya ilə bunu həll et"

 

Yaponiyanın və ABŞ-ın rəsmi nümayəndələri Şimali Koreyanın nüvə silahından imtina etməsi ilə bağlı bu ölkəyə maksimum təzyiqlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Taro Kono Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə görüşüb. T.Kononun Vaşinqtona səfəri koreyalararası danışıqlar və ABŞ-Şimali Koreya liderlərinin sammiti ərəfəsində baş tutub.

Görüşdə T.Kono bildirib ki, Yaponiya Pxenyanın nüvə-raket proqramlarından imtina etməsi ilə yanaşı, həm də ötən əsrin 70-80-ci illərində Şimali Koreya tərəfindən yapon vətəndaşlarının oğurlanması məsələsinin müzakirə edilməsini istəyir. Nazir ABŞ-dan Şimali Koreya ilə keçiriləcək sammitdə bu məsələnin də gündəliyə əlavə edilməsini xahiş edib. Tərəflər bu problemin həlli istiqamətində sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300