İstanbulda derbi səssiz başladı, səssiz bitdi 

 

Martın 17-də futbol üzrə Türkiyə Super Liqasının 26-cı turunda İstanbul derbisi oynanılıb.

Axar.az xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında "Fənərbağça” komandası əzəli rəqibi - çempionatın lideri "Qalatasaray”ı qəbul edib.

Baş hakim Bülent Yıldırımın idarə etdiyi oyunda hesab açılmasa da, matç bir sıra gərgin anlarla yadda qalıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda futbolçulara beş sarı vərəqə göstərilib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 80-ci dəqiqəsində Şener Özbayraklının ötürməsindən sonra Fernandaonun başla zərbəsi zamanı top qapıdan keçsə də, həmin epizodda baş hakim oyundankənar vəziyyət qeydə alıb. Bundan 9 dəqiqə sonra Maykonun cərimə zərbəsindən vurduğu top qapı dirəyinə dəyib. Beləliklə, oyun heç-heçə başa çatıb və "Fənərbağça” doğma meydanda xal itirib.

Bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub.

Komandalar arasında cari mövsümdə çempionatda "Türk Telekom” stadionunda keçirilən oyun da 0:0 hesabı ilə başa çatmışdı.

Əzəli rəqiblər bu oyunadək ölkə çempionatında 121 dəfə qarşılaşıblar. Matçların 50-sində "Fənərbağça”, 33-də isə "Qalatasaray” qələbə qazanıb, 38 matç isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, "Qalatasaray” komandası "Şükrü Saracoğlu” stadionunda 18 ildir qələbə qazana bilmir. "Fənərbağça” 1999-cu ilin dekabrından öz meydanında oynadığı 21 qarşılaşmada "Qalatasaray”a məğlub olmayıb.

Superliqada 26 turdan sonra "Qalatasaray” çempionatda liderliyini qoruyur. Bu komandanın aktivində 54 xal var. "Fənərbağça” 48 xalla dördüncü sırada qərarlaşıb.

Martın 18-də çempionatda 50 xalla üçüncü sıradakı "Başakşehir” komandası eyni xala malik olan və ikinci yerdəki "Beşiktaş”ı qəbul edəcək. Meydan sahibləri "Beşiktaş”ı məğlub edəcəkləri təqdirdə bir pillə irəliləyərək rəqibini qabaqlayacaqlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300