Lionel Messi: "DÇ-2018 bizim üçün son şansdır”

 

"DÇ-2018 mundialın qalibi olmaq üçün Argentina millisinin hazırkı nəslinin son şansıdır".

"Report” goal.com saytına istinadən xəbər verir ki, bunu yığmanın kapitanı Lionel Messi Rusiyada keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib. İspaniyanın "Barselona” klubunun hücumçusu bildirib ki, bu dəfə dünya çempionu ola bilməsələr, bir də heç vaxt belə imkan yaxalamayacaqlar.

Argentina millisi 2014-cü il dünya çempionatının finalında Almaniya yığmasına, 2015 və 2016-cı illərdə isə Amerika Kubokunun həlledici matçlarında Çiliyə uduzub. 30 yaşlı forvard deyib ki, uğursuzluqlara rəğmən, kuboku qazanacanlarına inanır: "Bu cür oyunlara, ölkəmizin arzusunu həyata keçirə bilmədiyimizə görə çox ağlamışam. Görünür, üç final bizə kömək etməyib. Ancaq kuboku qaldıracağımıza inanıram”.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. Argentina millisi İslandiya, Xorvatiya və Nigeriya yığmaları ilə birgə D qrupunda yer alıb. Hazırda Lionel Messi ilə yanaşı, Serxio Aqüero, Qonsalo İquain, Anxel di Mariya, Nikolas Otamendi, Xavyer Maskerano kimi futbolçular 30-dan yuxarı yaşdadır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300