Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb

 

Səhiyyə Nazirliyinin məlumatına əsasən 2017-ci il ərzində 2115 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 30131 (Bakı şəhəri üzrə 12061 nəfər) nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycanda narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsində bildirilir.

Qeyd olunur ki, onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031-i anonim qeydiyyatdadır: "İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 595-i qadın, 212 nəfəri toksikomanlardır. Ötən il ərzində qeydiyyata götürülənlərin 1566-sı dispanser, 549-u profilaktik olub. 2017-ci ildə qeydiyyatdan çıxanların ümumi sayı 1432 nəfərdir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300