İDDİA: Bu ədviyyat acı xatirələri silir

Sarıkök adətən xörəklərə dad və rəng vermək üçün istifadə edilən ədviyyatdır. Amma aparılan araşdırmalar sarıkökün, eyni zamanda, insan orqanizmində inanılmaz dəyişikliklərə səbəb olduğunu ortaya çıxarıb.
Məlumata görə, Amerikada aparılan bir araşdırma zamanı məlum olub ki, sarıkök insan beynindəki pis xatirələri silir. Siçanlara müəyyən bir səs eşitdirərək onları qorxudurlar. Siçanların qorxduqda donub qaldıqları müşahidə edilib. Bir neçə saat sonra sonra yemək verib, ardından yenə eyni səsə məruz qoyduqları siçanların yenidən qorxaraq və donub qaldıqları müşahidə edilib. Sarıköklü qidalar verilən siçanlar isə eyni səsə təkrar məruz qaldıqda qorxmayıblar. Bu araşdırmadan yola çıxaraq, elm adamları sarıkökün qorxunun səbəb olduğu pis xatirələri sildiyini iddia edir.
Onların fikrincə, bu sınaq, travma nəticəsində stress pozuqluqları kimi psixoloji narahatlıqların müalicəsi üçün yeni bir üsul yaradılmasına kömək edəcək.
Diabet diaqnozu qoyulan 60 yaş üzəri qadın və kişilərin qatıldığı bir araşdırmada elm adamları tərəfindən sarıkökün yaddaşa təsiri də araşdırılıb. İştirakçılara nahardan əvvəl və bir neçə saat sonra yaddaş testi edilib. Səhər naharında sarıkök qəbul edən iştirakçıların yaddaş testində daha müvəffəqiyyətli olması ortaya çıxıb.

Sarıkökün faydaları nələrdir?

Aparılan araşdırmalar sarıkökün xərçəngə qarşı mübarizə apardığını ortaya çıxarıb. Qəbul edilən qidalarla əlaqədar olaraq qadınlarda estrogen hormonunu təqlid edən kimyəvi maddələr müşahidə edilir. Sarıkök bu kimyəvi maddələri təsirsiz hala gətirir. Estrogen hormonunu təqlid edən kimyəvi maddələrin təsirsiz hala gətirilməməsi, döş xərçənginin başlamasına səbəb olur.

Sarıkök aşağıda sadalanan xərçəng növlərinə qarşı da mübarizə aparır:

- Qida borusu xərçəngi

- Ağciyər və prostat xərçəngi

- Bağırsaq xərçəngi

- Qaraciyər xərçəngi

- Bağırsaqlarda polip yaranması

- Döş xərçəngi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300