Putin savaşa hazırlaşır: Ehtiyat hərbçilər orduya
çağırıldı
Azxar.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi agentliyi məlumat yayıb.
"Ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları hərbi təlim keçmək üçün hərbi xidmətə çağrılsın", - Putinin imzaladığı fərmanda qeyd edilir.
Hərbi təlimin tarixi barədə məlumat verilməsə də, təlimin 2 aya qədər davam edəcəyi bildirilib. Hərbçilər Silahlı Qüvvələr, Dövlət Mühafizə Xidməti və xüsusi-xidmət orqanlarında təlim keçəcək.
Bəzi ekspertlər Putinin seçkilərdən dərhal sonra verdiyi bu qərarı "müharibəyə hazırlıq” və "daha aqressiv siyasətin görüntüsü” kimi dəyərləndiriblər.