Beyləqan meşələrində Mürşüd Alikərimov "bazarı”

 

Novruz Quliyevin himayəsindəki bu adam pul qazanmaqdan ötrü bütün vasitələrdən istifadə edir

Hüseynqulu Bağırovun müavini Beyləqan meşələrində böyük mal-qara təəsrüfatı yaradıb.

Azərbaycanda meşə təsərrüfatçılıq sahəsində ciddi şəkildə gerilmə olduğu artıq rəsmi dairəlrdə belə narahat etməyə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə meşələrinin qorunması üçün müxtəlif proqramlar həyata keçirərək, gündən-günə əriyən meşə zolaqlarının bir hissəsini bərpa etməyə çalışır. Ancaq yerlədəki kiçik məmurlar Nazirliyin proqramların alt-üst edərək ölkə meşələrini yoxa çıxartmaqda davam edirlər.

Belə meşə sahələrindən biridə Beyləqan meşələridir.Rayondan AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, uzun müddətdir Beyləqan Meşə Mühafizəsi və Bərpa İdarəsinin direktoru vəzifəsində işləyən Mürşüd Alıkərimov bu qurumda daşı-daş üstündə qoymayıb. Beyləqan sakinlərinin verdiyi məlumata görə Mürşüd Alıkərimov rayon meşələrinin tamamilə sıradan çıxartmaq niyyətindədir. Əgər belə olmasaydı direktor meşə sahələrini müxtəlif iş adamlarına qanunsuz icarəyə verməzdi.Əslində bəzi icarədarlarla qanuni şəkildə müqavilə aparılıb. Ancaq çoxlu sayda fermerlər var ki, onlar məcburi köçkün adı altında sənədləşdirilərək dövlət meşələrini zəbt ediblər. Sakinlər bildirirlər ki, rayon meşələrinin münbit yerləri Alikərimovun öz yerliləri zəbt edib, yerdə qalan hissəni isə müxtəlif fermerlər.

Son illər meşələrin dərinliklərində bitən müxtəlif istifadəyə yararlı ağacların kütləvi kəsilməsi isə xəbər verir ki, Mürşüd Alıkərimov gücü çatan qədər meşə sahələrinin kökünü kəsmək niyyətindədir. Məlumatda qeyd edilir ki, Mürşüd Alıkərimovun Beyləqan Meşə Mühafizəsi və Bərpa İdarəsində bu cür qanunsuzluqlar etməsində əsas səbəb himayədarının güclü olmasıdır. Məhz himayədarının sayəsində Mürşüd Alıkərimov Beyləqan meşə sahələrindəki əkinçiliyə yararlı yerləri əkdirib, qalanını isə gizli icarəyə verib. Meşə Mühafizəsi və Bərpa İdarəsi direktorunun himayəçisnə gəldikdə isə, saytımıza daxil olan məlumatda bu şəxsin Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev olduğu bildirilir. Novruz Quliyev Mürşüd Alıkərimovun həmyerlisdir və yaxın münasibətlərə malikdirlər. Bundan başqa Novruz Quliyevin Beyləqan meşələrində böyük mal-qara ferması mövcudur ki, onunda nəzarətçisi Mürşüd Alıkərimovdur. Məlumata görə Novruz Quliyevin mal-qara ferması 200 hektardan çox meşə sahəsini zəbt edib və fermadakı heyvanlar meşə ağaclarının kökünü kəsmək üzrədirlər.

Rayon sakinlərinin iddialarına görə bir neçə il öncə icra başçısı Vaqif Abdullayevlə Mürşüd Alıkərimov arasında münasibətlər soyumuşdu. Buna səbəb isə Mürşüd Alıkərimovun icra başçısının istədiyi hesabı verməməsi olmuşdu.Məhz bundan sonra Vaqif Abdullayev Mürşüd Alıkərimovu işdən çıxartmağa cəhd eləsdə Novruz Quliyev həmyerlisini qoruyaraq vəzifədə qalmasını sağlayıb. Məlumatda qeyd edilir ki, M.Alıkərimovun vəzifəsində qaldığını görən Vaqif Abdullayev ona qarşı qəzəblənir və rayon hüquq mühafizə orqanlarına Beyləqan meşələrində hansısa bir qanunsuzluq faktının tapılması tapşırığını verir. İcra başçısının tapşırığından 20 gün sonra İmişli beyləqan yolunun üstündə yerləşən Əlinəzərli meşə zolağında narkotik plantasiyası tapılır. Rayon sakinləri həqiqətəndə Əlnəzərli meşə zolağında narkotik plantasiyası mövcud olmasını və bu plantasiyanın olmasından Mürşüd Alıkərimovun xəbəri olduğunu, adı çəkilən meşə zolağını narkotik vasitələr əkən şəxslərə yüksək qiymətə icarəyə verdiyini bildirirlər.

Əlnəzərli meşə zolağında aşkar edilən narkotik plantasiyası ilə bağlı Vaqif Abdullayev polis rəisinə tapşırıq verir ki, rəsmi orqanlara məlumat verilməsin. Məlumatda bildirilir ki, icra başçısı məhz əlindəki narkotik faktı ilə Mürşüd Alıkərimovu "MƏŞHƏR AYAĞI”na çəkməyə başlayır. Bu dəfə Novruz Quliyev Vaqif Abdullayevdən direktorun bağışlanmasını və məsələnin sakitcə bağlanmasını xahiş edir. Mənbə məlumatında vurğulayır ki, Mürşüd Alıkərimov narkotik məsələsinə görə icra başçısına və polis rəisinə ümumilikdə 150 min manat hesab verir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300