Perunun prezidenti istefaya gedir
Perunun prezidenti Pedro Pablo Kuçinski istefa ərizəsini ölkənin parlamentinə təqdim edib.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, dövlət başçısı istefası ilə əlaqədar xalqa müraciət edəcək.
Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib.