"Sən də Facebook hesabını sil” – dünyada yeni kampaniya başlanıb

 

Facebook 2014-cü il ərzində mesajlaşma şəbəkəsi olan WhatsApp'ı 16 milyard dollara satın almışdı. Musavat.com xəbər verir ki, bu satın almanın ardından isfadəçi sayını hər keçən gün artıran WhatsApp böyüməsini hələ də davam etdirir. Bununla paralel böyük bir sərvətin sahibi olan WhatsAppın qurucu ortağı Brayan Acton, bu gündən etibarən Facebooku silmə hərəkatı başladıb.

Brayan Acton aşağıdakı mesajı yazıb: "Zamanı gəldi, #facebooku sil".

Minlərlə insan bu hərəkata ayaq uydurub və hələ də insanlar Facebook hesablarını silməyi davam etdirirlər. Bunun səbəbi ötən gün yaşanan qalmaqaldır. Facebook, "Cambridge Analitica" adlı şirkətin 50 milyon istifadəçisinin məlumatlarını siyasi manipulyasiya məqsədi ilə istifadə edib və bu, ortaya çıxdığı üçün ciddi qalmaqal yaranıb.
"Cambridge Analitica" 2016-cı ildəki prezident seçkilərində Donald Trampa "siyasi məsləhətçilik” edən şirkətlərdən biri idi. Şirkətin keçmiş bir işçii tərəfindən ortaya çıxarılan qalmaqala görə, "Cambridge Analitica" Facebookdan topladığı insan məlumatlarını seçkilərin nəticəsinə təsir etmək üçün istifadə edib.
Bazar günü keçirilən hərraclar zamanı "Facebook" 7%-dən çox ucuzlaşıb, şirkətin bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb.

Qalmaqal martın 17-də baş verib. "The New York Times" nəşri yazıb ki, seçkiqabağı kampaniya zamanı "Cambridge Analitica" firması qanunsuz olaraq Facebook-un 50 milyon istifadəçisinin məlumatlarını əldə edib.
ABŞ Federal Ticarət Komissiyasının (FTC), Facebook-un 50 milyon istifadəçisi barədə məlumatları "Cambridge Analytica"ya qərəzli təqdim etdiyi şübhələri əsasında şirkət haqqında istintaq başlanıb.

Ötən həftə sonu "The Guardian" qəzeti tərəfindən ortaya çıxarılan qalmaqal, "Cambridge Analytica" adlı şirkətin milyonlarla amerikalı seçicinin məlumatlarını Facebook-dan əldə etdiyini və siyasi məqsədlərlə istifadə etdiyini ortaya çıxardıb.

Kristofer Uayl adlı keçmiş bir "Cambridge Analytica" əməkdaşı detalları qəzetə danışıb. Toplanan istifadəçi məlumatlarının hazırlanmış bir tətbiq (proqram) vasitəsilə "seçicilərin qərarlarına təsir etmək üçün" Facebook üzərindən bir sıra psixoloji cəhdlər edildiyi üzə çıxıb.

Cənab Uayl qalmaqalı ortaya çıxardığı üçün Facebook-un sahib olduğu bütün sosial şəbəkələrdəki hesablarının bağlanıldığını bildirib.

FTC, istintaqın, Facebook ilə 2011-ci ildə istifadəçi məlumatlarının təhlükəsizliyinə dair bağladıqları müqavilənin pozulub-pozulmadığını araşdırmaq üçün həyata keçirdiyini açıqlayıb. Facebook, komissiyaya məxfilik xüsusiyyətlərini inkişaf etdirəcəklərini və üçüncü tərəflərin istifadəçi məlumatlarına icazəsiz daxilolmasına icazə verməyəcəyini vəd etmişdi.

Facebook'un kurucususu Zuckerberg, İngiltere'de ifadeye çağrıldı
FTC ilə Facebook arasında bağlanmış müqaviləyə görə, "Cambridge Analytica"nın xeyrinə məlumatları oğurlanan hər bir istifadəçi üçün, Facebook 40 min dollar cərimələnə bilər. Bu məbləğin 50 milyona vurulması (2 trilyon dollar) isə Facebook-u tarixinin ən böyük maliyyə böhranına sala bilər.

86200 könüllünün iştirak etdiyi tədqiqatda, insanların Facebook-da etdikləri "bəyən"mələr, "rəqəmsal ayaq izləri" istifadə edilib və kompüter proqramı vasitəsilə analizləri aparılıb. Məsələn, bir adamın bir markanı bəyənməsi, bu adamın satınalma davranışlarına və istehlak üstünlüklərini əks etdirir.

Qalmaqalın ardınca Nyu-York birjasında Facebookun səhmləri 6.2 faiz ucuzlaşıb; Cümə günkü bağlanışdan bu yana 11 faiz minusda olan şirkətin bazar qiymətindən cəmi 60 milyard dollar azalıb. Sözügedən rəqəm, avtomobil istehsalçısı Tesla Inc.-ın bazar dəyərinin üzərindədir.

Sevinc, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300