Vyetnamda dəhşətli yanğın: 13 ölü
Vyetnamın Xoşimin şəhərində yaşayış kompleksində baş verən yanğın nəticəsində ən azı 13 nəfər həlak olub.
Trend-in məlumatına görə, daha 27 nəfər xəsarət alıb.
Hadisənin 700-dən çox ailənin yaşadığı 20 mərtəbədə baş verdiyi bildirilir.
Bəzi insanlararın xilas olmaq üçün yüksək hündürlükdəki pəncərələrdən tullanarkən öldüyü qeyd olunur.