Türkiyə lirəsi rekord həddə ucuzlaşıb

 

Bu gün Türkiyənin milli valyutası - lirə ABŞ dolları qarşısında qarşısında rekord həddə ucuzlaşıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, gece saatlarında dünya valyuta bazarında 1 dollar 4,03 lirəyə bərabər olub.

Bu isə Amerika valyutasının lirə ifadəsində indiyə qədər qeydə alınmış ən yüksək həddidir. Bununla belə, tədricən TRY/USD nisbəti azalıb və hazırda 3,95 ətrafında dəyişir.

Lirənin dəyərini itirməsi ilə bağlı danışan Türkiyə baş nazirinin müavini Mehmet Şimşek bildirib ki, lirənin dəyərini itirməsi davamlı olmayacaq: "İnflyasiyanın tək rəqəmli olacağına inanırıq. Lirənin dəyərini itirməsi bir az iqtisadi proseslər, bir az da Türkiyədəki və xaricdəki hadisələrlə bağlıdır”.

Türkiyənin baş naziri Binəli Yıldırım məsələ ilə bağlı qeyd edib ki, məzənnədə dalğalanmalar ola bilər, lakin təsiri məhdud və müvəqqətidir.

"Japon FPG Securities” şirkətinin baş icraçı direktoru Koji Fukaya lirənin dəyər itirməsinin Yaponiyadakı investorların müdaxiləsi ilə əlaqədar olduğunu bildirib.

"PSG Kapital" investisiya şirkətinin direktor müavini, maliyyə analitiki Cəfər İbrahimli "Report" açıqlamasında deyib ki, türk lirəsinin kəskin ucuzlaşması bir neçə amillə bağlıdır: "İlk növbədə nəzərə almaq lazımdır ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) ötən gün keçirilmiş iclasında uçot dərəcəsi 1,5%-dən 1,75%-ə qaldırılıb. Bu qərar daha çox inkişaf etmiş ölkələrin iqtisadiyyatına mənfi təsir edir və onların milli valyutasının məzənnəsini zəiflədir. Dolların bahalaşması ABŞ-ın qiymətli kağızlarına marağı artırdığından investorlar qeyri-dollar valyutası, o cümlədən türk lirəsi ilə buraxılmış maliyyə alətlərindən imtina edir. Üstəlik Türkiyənin xarici balansında kəsir var. Bu isə öz növbəsində lirəyə təzyiqləri artırır".

Bundan başqa, onun sözlərinə görə, Yaxın Şərq regionunda geosiyasi vəziyyətin dəyişməsi də lirənin məzənnəsinə mənfi təsir etməkdədir: "Suriyada vəziyyətin sabitləşdirilməsindən sonra İraqa qoşun yeritmək barədə qərar gözlənilir ki, bu da Türkiyə iqtisadiyyatına olan inama mənfi təsir göstərir".

Bununla belə, iqtisadçı-ekspert türk lirəsinin bundan sonra da kəskin ucuzlaşacağını, dolların məzənnəsinin 4,5-5 lirəyə çatacağını gözləmir. Onun fikrincə, Türkiyədə dolların qiyməti "üzən məzənnə" rejimində müəyyən edildiyi üçün ölkə iqtisadiyyatı yaranmış yeni vəziyyətə tədricən uyğunlaşacaq və məzənnə tənzimlənəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300