Trampın qərarı nəticəsində Rusiyaya dəyəcək ziyan açıqlanıb

 

ABŞ tərəfindən polad və alüminium məhsullarının ölkəyə idxalına tətbiq edilən yeni gömrük rüsumlarının Rusiyaya nə qədər zərər vuracağı açıqlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya ticarət və sənaye nazirinin müavini Viktor Yevtuxov ABŞ-a polad ixrac edən Rusiya şirkətlərinin təxminən 2 milyard dollar, alüminium ixrac edən şirkətlərin isə 1 milyard dollar zərərə məruz qalacağını bildirib. "Bizim müəssisələrimizin məruz qalacağı zərər, ilkin hesablamalara əsasən, poladdan 2 milyard, alüminiumdan 1 milyard dollar olacaq”, - deyə nazir müavini söyləyib.

Rusiyanın bu məsələni Dünya Ticarət Təşkilatının məhkəməsinə çıxaracağı gözlənilir.

Xatırladaq ki, ABŞ prezident Donald Tramp yerli polad və alüminium istehsalçılarını qorumaq məqsədilə bu məhsulların ölkəyə idxalı üçün yeni, yüksək gömrük rüsumları müəyyənləşdirib. Lakin qərar hələlik Kanada, Meksika, Avstraliya, Braziliya, Argentina, Cənubi Koreya və Avropa İttifaqı ölkələrinə şamil olunmayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300