Binəli Yıldırım: "”Patriot” S-400-ə alternativ deyil”

 

"Türkiyə NATO üzvü olan ölkədir. NATO-nun sərhədləri Türkiyənin cənub sərhədlərindən başlayır. Türkiyənin cənub sərhədlərini təminat altına alacaq hər cür əməkdaşlığa biz isti baxırıq”.

APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-dan "Patriot” zenit-raket kompleksinin satın alınacağına dair sualı cavablandırarkən deyib. O bildirib ki, ABŞ Suriyada bəzi yanlış addımlarına rəğmən, hələ də Türkiyənin müttəfiqidir: "Bu səbəblə "Patriot”lar və NATO-ya uyğunlaşacaq digər müdafiə sistemləri ilə bağlı işlər davam edəcək. Bunlar S-400-lərin alternativi deyil, Türkiyə o məsələ ilə bağlı qərarını verib. S-400 almağımız "Patriot”la bağlı düşüncələrimizi ortadan qaldırmır”.

 Qeyd edək ki, Türkiyə XİN-in sözçüsü ABŞ-dan "Patriot” sistemlərinin satın alınması üçün danışıqlar aparıldığını açıqlayıb. Gələn həftə Türkiyə XİN-in aparat rəhbəri Ümit Yalçın ABŞ-a səfər edəcək. ABŞ-dan isə Dövlət Departamentinin yüksək vəzifəli təmsilçisinin Türkiyəyə səfəri gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300