Ya pambıq ək, ya da torpağı təhvil ver -Ağdam və Ağcabədidə sahibkarlar təhdid edilir

 

Yerli məmurların vur deyəndə öldür siyasəti

Ölkədə qeyri-neft sektorunun inkiafı üçün dövlət başçısı pambıqçılıq, baramaçılıq, tütünçülüyün inkişafı üçün göstəriş verib. Artıq 3 ildir ki, rayonlarda pambıqçılığın inkişafı üçün əkin sahələri artılırılıb. Ancaq bu əkin sahələri boş torpaqlar vasitəsi ilə yox, heyvandarlıq, taxılçılıq və digər əkin sahələrindən kəsilərək pambqçılığa verilir.

Yenicag.az xəbər verir ki, Ağcabədi və Ağdam sakinlərini, torpaq sahəsi olan vətəndaşları təhdid edilərək, pambıq əkmələrinə məcbur edilirlər.

Ağdamda adlarının hallanmasını istəməyən bir neçə sahibkarla söhbət edən zaman bildirdilər ki, heyvandarlıq, əkinçilik üçün istifadə etdikləri torpaqları icra hakimiyyəti məcbur edir ki, pambıq əksinlər.

Rayon icra hakimiyyəti pambıq planını doldurmaq üçün tarixdə ilk dəfə olaraq Ergi düzündə pambıq əkilməsini sahibakarlara tapşırıq verib. Ergi düzü sovet zamanında belə heyvandarlıq, taxılçılıq və soğan əkini üçün istifadə edilib. Yəni sovet höküməti belə pambıq planını doldurmaq üçün bu düzdən istifadə etməyib. Ancaq Ağdam rayon icra hakimiyyəti Ergi düzündə pambıq əkilməsi üçün sahibkarları və torpaq sahəsi olan şəxsləri məcbur edir ki, pambıq əksinlər. Sahibkarlar bildirir ki, həmin pambıq sahəsi soğan, heyvandarlıq və taxıl üçün ayrılmış torpaqlardan kəsiləcək. Nəticədə zərbə heyvandarlığa, soğana və taxıla dəyəcək. Sahibkarların sözlərinə görə, ətin qiymətinin artmasının səbəbi də məhz pambığın məcburi əkilməsi nəticəsində qalxdı. Heyvandarlıq üçün torpaq sahəsi azaldığı üçün heyvan saxlayanlar məcburən mal-qarasını dəyər-əyməzə bazara çıxardı. Heyvandarlıq üçün torpaq sahəsinin azaldılması, heyvanların sayının azalmasına da gətirib çıxarıb.

Ağcabədi sakinlərinin sözlərinə görə isə, icra hakimiyyəti torpaq sahəsinin yarısında pambıq əkməyən şəxslərin torpaqları əllərindən alacağı ilə hədələnib. Pambıq əkmək istəməyən şəxslərlə dövlətə qarşı çıxmış kimi davranılır. Sahibkarlar bildirir ki, əgər bu torpaqlar vətəndaşlara verilibsə niyə məcbur edirlər bizə sərf etməyən, xərci çox olan pambığı əkək? Ağcabədidə kifayət qədər boş torpaq var ki, orada pambıq əkmək olar. Niyə o torpaqlar əkilmir, bizim əkin torpaqlarımıza göz tikiblər?

Əldə etdiyimiz məlumata görə, boş torpaqlarda drenaj sistemi yoxdur, o torpaqların əkin üçün hazır edilməsi üçün çoxlu işlər görmək lazımdır. Bu işləri görmək yerinə, icra hakimiyyətləri özlərini dövlət yanında xoş göstərmək üçün əkinə yararlı, vətəndaşlara məxsus torpaqlara üstünlük verirlər. Sahibkaralara məxsus olan torpaqlarda pambıq əkilməsi üçün isə, icra hakimiyyətləri hər cür təhdid və hədə-qorudan istifadə edirlər.

Sahibkarlar qeyd etdi ki, kimə müraciət edəcəklərini bilmirlər. Adların açıqlanmasından da qorxurlar. Yerli məmurlar nəinki torpaqlarını, hər şeylərini əllərindən ala bilərlər.

Səxavət Məmməd

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300