Ərdoğan Tel-Rifatın da terrorçulardan təmizlənəcəyini bəyan etdi
Yaxın günlərdə "Zeytun budağı” antiterror əməliyyatı çərçivəsiтвə Suriyanın Tel-Rifat rayonu üzrə də nəzarət təmin ediləcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzona səfəri zamanı bəyan edib.
Ərdoğan həmçinin ABŞ-ı PKK və YPG terrorçularını Suriyanın Menbiç rayonundan tezliklə çıxarmağa çağırıb.
"Türkiyə suriyalı qardaşlarla birgə Menbiçdə ən qısa zamanda infrastrukturu bərpa edəcək və qaçqınların evlərinə qayıtmasını təmin edəcək”, - Ərdoğan bəyan edib.
Ərdoğan həmçinin xəbərdarlıq edib ki, əgər terrorçular Suriyanın bu rayonunu tərk etməsələr, Türkiyə Ordusu məsələyə müdaxilə etməli olacaq.